Futbol üzrə 2017-2018 mövsümündə Çempionlar Liqasının final matçı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. "Report"un məlumatına görə, bu barədə ölkə prezidenti Pyotr Poroşenko şəxsi "twitter" səhifəsində yazıb.
P.Poroşenko bildirib ki, UEFA qərarı yenicə qəbul edib.Qeyd edək ki, Çempionlar Liqasında 2016-2017 mövsümünün finalı gələn il iyunun 3-də Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda keçiriləcək.