Kamran Ağayev Portuqaliya klubuna keçib

Kamran Ağayev Portuqaliya klubuna keçib backend

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını xaricdə davam etdirəcək.

“Report”un məlumatına görə, 30 yaşlı qolkiper Portuqaliyanın "Boavişta" klubuna keçib. Ağayevlə 1 illik müqavilə imzalanması ilə bağlı məlumat yüksək liqa təmsilçisinin "Facebook"da səhifəsində yer alıb.
Bildirilir ki, müqavilə növbəti yaya qədər 1 illik uzadılmasının mümkünlüyü şərti ilə imzalanılıb. "Boavişta"ya sərbəst futbolçu kimi keçən Ağayev sabahdan yeni komandasının hazırlığına qoşulaşacaq.
Bununla da "Boavişta"da ikinci azərbaycanlı futbolçu oynayacaq. Qeyd edək ki, Millimizin digər üzvü, yarımmüdafiəçi Emin Mahmudov bu yay həmin kluba keçib.
Xatırladaq ki, Kamran yayda "Sumqayıt"a keçsə də, orada rəsmən debüt etməyib. Ağayev bunadək yalnız Türkiyənin birinci dəstəsində legioner həyatı yaşayıb.
Diaspora