Fransa Kubokunun üçüncü raundunun oyununda “Biquqliya” klubunun müdafiəçisi Ben İdrise Derme dünyasını dəyişib.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu qəflətən ürək tutmasından keçinib.Həkimlər futbolçuya meydanda tibbi yardımı göstərsə də, onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Ben İdrise Derme vaxtilə Burkina-Faso yığmasında dörd oyun keçirib.