Bakıda “Gənclik veloyürüşü” keçiriləcək

Bakıda “Gənclik veloyürüşü” keçiriləcək backend

Bakıda 2 fevral Ümumrespublika Gənclər günü münasibəti ilə “İrəli” İctimai Birliyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, Bakı-2015 Avropa Oyunları, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Dövlət Bayrağı Meydanı Kompleksinin təşkilatçılığı altında “Gənclik veloyürüşü” keçiriləcək.

“İrəli” İctimai Birliyindən verilən məlumata görə, veloyürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və günün əhəmiyyətinin onlara aşılanmasıdır.
Eyni zamanda veloyürüş Bakı-2015 Avropa Oyunlarının mühüm tərkib hissəsi olduğundan, gənclər arasında bu idman növünün təbliği böyük əhəmiyyət kəsb edir.
“Gənclik Veloyürüşü”nün başlanğıc nöqtəsi Dövlət Bayraq meydanı, yürüşün bitmə nöqtəsi isə Azadlıq Meydanıdır.
Diaspora