Dünən "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətdən sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Qaziler.az-ın məlumatına görə, ATV.az xəbər verir ki, klubun inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam etmiş və toplantıda bir sıra qərarlar qəbul olunmuşdur:1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib.
2. "Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq.
3. "Neftçi” PFK-nın hazırkı əsas heyətində ciddi islahatlar aparılacaq.
4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.
5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək.
Qeyd edək ki, bu məlumat klubun rəsmi saytında yerləşdirilib.