Cüneyt Çakırın aylıq gəliri - Maaşı kəsildi

Cüneyt Çakırın aylıq gəliri - Maaşı kəsildi backend

Məşhur hakim, FİFA referisi Cüneyt Çakırın 2016/17 mövsümü üçün aylıq maaşının məbləği açıqlanıb.

Qaziler.az Qol.az-a istinadən bildirir ki, ölkə futbol federasiyası Çakıra aylıq 20 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 6700 dollar) maaş kəsib. Çakırdan başqa birinci kateqoriyada olan digər hakimlər - Hüseyin Göçek, Halis Özkahya, Mete Kalkavan, Əli Palabıyık, Alper Ulusoy, Bülent Yıldırım, Fırat Aydınus (yan xətt hakimi), Tolga Özkalfa və Barış Şimşək də bu qədər maaş alacaqlar.

Qeyd edək ki, ötən mövsümlə müqayisədə Çakırın maaşı 12 min (təqribən 4000 dollar) lirə azaldılaraq 32 mindən 20 minə salınıb.

Bu sabit gəlirdən başqa, Türkiyə Futbol Federasiyası hakimlərə idarə etdikləri hər oyuna görə mükafat da verəcək. Mükafatlar da hesablanmaqla birinci kateqoriyada yer alan hakimlərin aylıq gəliri (maksimun oyun idarə edəcəkləri halda) ümumilikdə 50 min lirə (16 min 815 dollar) təşkil edəcək.

Əlavə edək ki, Türkiyədən olan FİFA referilərinə idarə etdikləri beynəlxalq oyunlara görə UEFA tərəfindən də mükafat verilir.
Diaspora