Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turunun oyunları keçiriləcək. Bakı Şahmat Olimpiasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq. İkinci komandamız Rumıniyanı sınağa çəkəcəyi halda, üçüncü yığmamız Qana ilə üz-üzə gələcək. Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə qarşılaşacaq.
5 turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur. Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir.Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandır. İkinci millimiz Çexiyanı, üçüncü komandamız isə Çilini sınağa çəkəcək.
Qadınların yarışında bu gün əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək.
Qadınlardan ibarət əsas millimiz 5 turdan sonra 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur.
Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.
Kişilər
Yunanıstan - Azərbaycan 1
Dimitrios Mastrovasilis (2601) - Şəhriyar Məmmədyarov (2761)
Hristos Banikas (2571) - Teymur Rəcəbov (2722)
Athanasios Mastrovasilis (2555) - Arkadi Naydiç (2696)
Stelios Halkias (2565) - Eltac Səfərli (2688)
Rumıniya - Azərbaycan 2
Konstantin Lupulesku (2618) - Vasif Durarbəyli (2612)
Mirkea Parliqras (2595) - Nicat Abbasov (2552)
Boqdan Deak (2524) - Qədir Hüseynov (2625)
Marin Mihail (2572) - Namiq Quliyev (2577)
Qana - Azərbaycan 3
Frankis Anquandah (1951) - Vüqar Əsədli (2406)
Con Haşford (1970) - Abdulla Qədimbəyli (2294)
Jozef Jamena (1992) - Məhəmməd Muradlı (2331)
Edvard Thompson (1889) - Pərviz Qasımov (2323)
Qadınlar
Gürcüstan - Azərbaycan 1
Nana Dzaqnidze (2522) – Zeynəb Məmmədyarova (2295)
Lela Javakhişvili (2486) - Nərmin Məmmədzadə (2361)
Nino Batsiaşvili (2474) - Gülnar Məmmədova (2304)
Melia Salome (2419) - Nərmin Kazımova (2302)
Azərbaycan 2 - Çexiya
Türkan Məmmədyarova (2304) - Joanna Vorek (2360)
Xəyalə Abdullayeva (2214) - Kristina Havlikova (2271)
Nərmin Xələfova (2219) - Olqa Sikorova (2234)
Ülviyyə Fətəliyeva (2234) - Tereza Rodştein (2230)
Azərbaycan 3 - Çili
Nərmin Məmmədova (2230) - Qonza Abarka (2092)
Xanım Balacayeva (2147) - Qomez Barrera (2027)
Gövhər Beydullayeva (1994) - Kabella Jorquera (2019)
Aynur Katanova (1784) - Fuentes İnzu (1840)