İdman Arbetraj Məhkəməsinin çıxardığı qərara əsasən Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınmasının ardından Azərbaycana verilən 3 lisenziya qəbul edilməyib.
Lent.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, paralimpiya oyunlarının bu gün başlanmasını, Rusiyalı paralimpiyaçıların bu oyunlara buraxılmaması qərarının dəyişməz olduğunu nəzər alaraq, Azərbaycan tərəfi rəsmən 3 lisenziyadan imtina edib və paralimpiyaçılarımızın özlərinin qazandıqları lisenziya əsasında olimpiya oyunlarına qatılıb.
Xatırladaq ki, Rio -2016 paralimpiya oyunlarına 27 paralimpiyaçımız , 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.