“Qarabağ” ciddi itki ilə üzləşib.
Qol.Az-ın məlumatına görə, Ağdam klubu braziliyalı yarımmüdafiəçisi Riçard Almeydanın xidmətindən məhrum olub. Buna səbəb onun Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"lə matçda (0:0) mövsümdə 4-cü sarı vərəqə alıb, cəzalı duruma düşməsidir.Bu isə o demədir ki, R.Almeyda ölkə çempionatında “Bakı” ilə oyunu buraxacaq.