"İnter"lə oyunlarımız hər zaman çətin keçib. Meydanda gərgin mübarizə keçməsə də, matça ancaq qələbə üçün çıxmışdıq. Bizim üçün hər oyun final kimidir".
Bu sözləri Qol.Az-a "Qarabağ"ın futbolçusu Namiq Yusifov Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"lə oyundan (0:0) sonra deyib.O bildirib ki, turnir cədvəlində "İnter"lə doqquz xallıq fərqə görə rahatlaşmayıblar:
"Qalib gəlmək üçün əlimizdən gələn hər şeyi etdik. Əsas odur ki, məğlub olmadıq. İndidən çempionluq haqda düşünə bilmərik. Çünki qarşıda çətin oyunlar var. Hər bir matçın məsuliyyətini dərk edirik. Qismət olsa, mayda çempionluğu qeyd edəcəyik. Ancaq indidən çempionluq hislərinə qapılmaq olmaz. 9 xal 24 xal deyil ki, rahat olaq".