"Bu gün "Qarabağ" üçün gərgin oyun oldu. Çünki ikinci pillədə olan "İnter" bizim vacib rəqibimiz idi. Çox futbolçu milli komandadan qayıtdığı üçün tam hazır deyildi".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"lə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərə deyib.M.Medvedev heç-heçənin onlar üçün yaxşı nəticə olduğunu söyləyib:
"Çox istərdik ki, üç xal qazanaq. Təəssüf ki, bunu bacarmadıq. Ancaq yaxşı ki, uduzmadıq".
O bildirib ki, "İnter"lə qarşı matçı özlərinə tanış olmayan meydançada - "Bakcell Arena"da oynadıqları üçün bir qədər çətinlik çəkiblər:
"Respublika stadionu ilə müqayidə "Bakcell Arena"da ot çox olduğu üçün topla istəyimiz kimi oynaya bilmədik. Bu stadionda oynamağa öyrəşmək üçün bəzən burada məşq eməliyik. "Bakcell Arena" azarkeşlərin futbolçulara söylədiyi sözləri eşitmək olur. Onların bəzi sözləri oyunçulara təsir edir. Ona görə də meydançada rahat oynaya bilmirik".
M. Medvedvin sözlərinə görə, millilərdən qayıtdan sonra birgə məşq edə bilməyiblər:
"Növbəti oyuna kimi baş məşqçimiz Qurban Qurbanov komandanı bir yerə yığacaq. Məşqlər edib yaxşı nəticə əldə edəcəyik".
M.Medvedev komanda yoldaşı Reynaldonun meydanda olmamasından da danışıb:
"Reynaldo oyunu öz üzərinə götürə biləcək futbolçudur. Bu matçda hücumda anlaşılmazlıqlar var idi. Növbəti matçda Reynaldo bizimlə olacaq və komandaya kömək edəcək".