“Qalatasaray”lı keçmiş futbolçusu Uğur Tütünəkər həbs edilib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, keçmiş futbolçu Atatürk Hava Limanında pasport yoxlanan yerdə polislər tərəfindən tutularaq İstanbul Baş Polis İdarəsinə gətirilib.Qeyd edək ki, Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri barəsində araşdırma aparılır. Araşdırmalar zamanı “Qalatarasay” klubun keçmiş futbolçularından Hakan Şükür, Arif Ərdəm, İsmayıl Dəmiriz barəsində həbs qərarı çıxarılıb.
Uğur Tütünkər İsveçrənin ikinci liqa klublarından olan FC Wil-in baş məşqçisi idi. Barəsində həbs qərarı çıxarılandan sonra o baş məşqçilik postundan uzaqlaşdırılıb.
Xatırladaq ki, Uğur Tütünəkər 1986-1996 ci illərdə “Qalatasaray” klubunun şərəfini qoruyub. O, 19 dəfə Türkiyə milli komandasının heyətində oynayıb.