“Qalatasaray” hollandiyalı futbolçu Naycel De Yonqu heyətinə qatıb.
Apasport.az saytının məlumatına görə, istanbullular 31 yaşlı oyunçu ilə iki illik müqavilə imzalayıb.MLS liqası klublarından “Los Anceles Qalaksi”dən transfer edilən yarımmüdafiəçi Türkiyədə oynayacağı 2 ildə 5 milyon avro qazanacaq. Keçid üçün amerikalılara isə heç bir məbləğ ödənməyəcək.
Qeyd edək ki, sərt oyunu ilə məşhur olan dayaq yarımmüdafiəçisi “qəssab” və “sümükqıran” ləqəbləri ilə tanınır.