Türkiyənin "Fənərbaxça" klubu heyətini daha bir futbolçu ilə gücləndirir.
Qol.Az-ın "Hürriyet" qəzetinə istinadən yaydığı xəbərə görə, "sarı-lacivərdliliər" Ukraynanın "Hoverla" klubunun gənç futbolçusu Artyom Radçenko ilə razılığa gəlib."Hoverla"nın baş məşqçisi Vyeçeslav Qroznu xəbəri təsdiqləyib.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Fənərbaxça"nın əvəzedici komandası ilə məşqlərdə iştirak edib.