İspaniya dördüncü liqasında keçirilən "Kuartes" - "Teruel" matçında azarkeşlər ilginc hadisənin şahidi olublar.
Qol.Az-ın məlumatına görə, meydan sahiblərinin kapitanı Nadales künc zərbəsi zamanı müdafiə olunmaq üçün qapı dirəyinə dırmaşıb.Həmin epizodla bağlı danışan futbolçu hərəkətini belə izah edib: "Rəqib futbolçuların boyu uzun idi. Daha yüksəyə sıçramağım üçün ağlıma gələn ilk şey bu oldu. Ancaq bunu oyun ərzində bir daha təkrarlamadım. Matçdan sonra futbol qaydalarını oxudum və bu hərəkətimə görə cəzalanacağımı bilirəm. Komanda yoldaşlarım da mənim dəli olduğumu düşünürlər".
Qeyd edək ki, Nadalesin cəhdlərinə baxmayaraq komandası meydandan məğlub ayrılıb - 1:3.