"Neftçi”nin Müşahidə Şurasına SOCAR-ın nümayəndəsi kimi üzv seçilmişəm. Rövnəq Abdullayevin də qeyd etdiyi kimi, "Neftçi" artıq ictimailəşir. Bununla belə, ilkin mərhələdə “Neftçi”ni yenə də SOCAR maliyyələşdirəcək”.
Qol.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri jurnalistlərə açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının üzvü Cəbrayıl Cəbrayılov deyib.Cəbrayılov qeyd edib ki, o, kluba ayrılan maddi vəsaitin xərclənməsinə nəzarət edəcək: “SOCAR-ın maliyyəsinin daha məqsədəuyğun, vəsaitin klubun bilavasitə inkişafına xərclənməsi nöqteyi-nəzərindən Müşahidə Şurasında mənim də olmağım lazım bilinib. Biz bunu futbola marağın artması məqsədilə edirik. Futbol dünyanın hər yerində ictimailəşib. Dünya praktikasında da görürük ki, bir və ya bir neçə şəxsə məxsus olan futbol klubları heç də rentabellik göstəricisi ilə işləmirlər”.