Şotlandiyanın "Dandi" futbol klubunun rəhbərliyi alman qapıçı Arvid Şenki komandadan qovub.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb onun ölkə çempionatında "Dandi Yunayted" ilə oyunda 6 top buraxması olub.Derbi "Dandi"nin 2:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, qapıçının komandada ilk və sonuncu oyunu olub. 25 yaşlı qapıçı ötən ilin oktyabrında komanda ilə müqavilə bağlamışdı. Beləliklə, o, komandada cəmi 4 ay qala bilib.