3 idmançıya 1 medal

3 idmançıya 1 medal backend

Rio 2016 yay olimpiya oyunlarında Azərbaycan idman tarixində ən çox medalla başa vurub. Daha çox final görüşlərində qızlı əldən verməyimiz gündəmin mövzusu olsa da, digər tərəfdən medallarımız sayının ötən olimpiya oyunlarında 80 faiz çox olması ilə rekord həddə çatıb. Tanınmış idman xadimləri bu uğurun möhtəşəm qələbə kimi tarixə düşdüyün bildirilər.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Rauf Əliyev bildirib ki, idmançılarımız ümumilikdə ən yaxşı nəticəni əslində bu olimpiadada göstəriblər: "Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 31-ci Yay Olimpiya oyunları başa çatdı. Azərbaycanın Olimpiya komandası bu oyunlarda 1 qızıl, 7 gümüş, 10 bürünc, ümumilikdə 18 medal qazanaraq tarixi qələbəyə imza atdı. Komandamız oyunlarda iştirak edən 206 dövlət arasında medalların sayına görə 15 lider dövlət arasına çıxıb. Azərbaycan yarışlarda 56 idmançı ilə çıxış edib ki, bunlardan da 18-i medal qazanıb. Bütün bu göstəricilər Azərbaycan idmançılarının tarixi qələbə əldə etdiyini nümayiş etdirir. Bu qələbələrin əldə olunmasında əsas amil Azərbaycan Milli Olimpiya Komitəsinə məhz cənab İlham Əliyevin rəhbərlik etməsidir. Tarixi qələbə son illər Azərbaycan idmanının yüksələn xətlə sürətli inkişafının məntiqi nəticəsidir. İdmançılarımız bu yarışlarda daha geniş idman növləri üzrə nailiyyətlər əldə ediblər. Boks yarışlarında Azərbaycan idmançısı ilk dəfə olaraq finala çıxıb və gümüş medal qazanıb. Ən yaxşı nəticəni taekvondoçularımız göstəriblər. Yarışda 4 idmançı ilə çıxış edən millimiz 3 medal əldə edib. Komandanın lideri Radik İsayev qızıl medal qazanıb. Azərbaycan idmançıları Olimpiada tarixində ilk dəfə avarçəkmə idman növündə də medallar qazanıblar.

Bu tarixi qələbə münasibətilə medal qazanmış bütün idmançıları, Olimpiya komandasını, idman ictimaiyyətini, bütünlükdə Azərbaycan xalqını ürəkdən təbrik edirəm və idmançılarımıza gələcək yarışlarda uğurlar diləyirəm. İnanıram ki, Azərbaycan prezidenti İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız növbəti Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr əldə edəcəklər".

İdmançılarımızı təbrik edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Bütün idmansevərləri qarşılama mərasiminə dəvət edib: "Azərbaycan xalqını olimpiyaçılarımızın böyük zəfəri münasibəti ilə təbrik edirəm. Yığmamız tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 5 idman növündə (cüdo, boks, avarçəkmə, taekvondo və güləş) 18 medal qazandı. Bu nəticə Londonda keçirilən Olimpiya Oyunlarındakı 10 medal rekordumuzu yeniləmiş oldu”.

Toğrul Əsgərovun Namiq Abdullayevin rekordunu təkrarladığını qeyd edən Raqif Abbasov bu uğurların daha üstün mərhələlərdə davam edəcəyinə inanır: "Rio-2016-da medal əyarına görə 39, sayına görə 15-ci yeri tutduq. Medal sayına görə MDB-də 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız bir daha göstərir ki, Azərbaycan idman ölkəsinə çevrilib. Yığma komandamızda artıq 2 və 3-cü dəfə olimpiya mükafatı qazanmış idmançılarımız var.

Qeyd edim ki, Toğrul Əsgərov Namiq Abdullayevin rekordunu təkrarlayıb. N.Abdullayev 1996-cı ildə Olimpiya Oyunlarında gümüş, 2000-ci ildə qızıl medal qazanmışdı. Toğrul da Londonda qızıl, Rioda isə gümüş medal qazandı. Bütün bu uğurlar dövlət başçımız tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürüdür. Bu qalibiyyətlər bizi yeni zirvələrə doğru aparır”.


Olimpiya oyunlarında qələbə qazanan idmançılarımızı millət vəkili və Azərbaycan Kiqboksinq Federasiyasının prezidenti Adil Əliyev şəxsi facebook səhifəsində təbrik edib.

Milli Məclisin deputatı, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev qeyd edib ki, Rio 2016-da, Azərbaycan adına medal qazanan, bütün idmançılarımızı təbrik edirəm. Bir qızıl medal olmasına baxmayaraq, ümumi nəticəmiz, gözlədiyimdən də artıq oldu. Başda MOK-nin prezidenti olmaqla, bütün zəhməti keçənlərin hamısını təbrik edirəm, inşallah yaxın günlərdə, start götürən Paraolimpiyaçılarımıza uğurlar arzu edirəm və onlardan da, gözəl nəticələr gözləyirəm.



Qeyd edək ki, sabah olimpiyaçılarımız Vətənə qayıdacaqlar. "Rio-de-Janeyro - Bakı reysi ilə olimpiyaçılarımızı gətirən təyyarə sabah saat 18:20-də Heydər Əliyev adına Beynəlxalq Hava Limana enəcək. Hava limanında təntənəli qarşılama mərasimi nəzərdə tutulub. Daha sonra nümayəndə heyətimiz Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edəcək.


Rüfət Soltan




Diaspora