XXXI Yay Olimpiya Oyunlarının bağlanış mərasimi Rio-de-Janeyroda əfsanəvi “Marakana” stadionunda baş tutub.
Qaziler.az xəbər verir ki, tədbir səhnələşdirilmiş şoudan, məşhur musiqiçi və rəqs kollektivlərinin çıxışlarından, idmançıların paradından və əlbəttə ki, mükafatların təqdim edilmə mərasimindən ibarət olub.Rio-de-Janeyro meri Olimpiadanın bayrağını 2020-ci ildə Oyunların keçiriləcəyi Tokio şəhərinin merinə verib.
Xatırladaq ki, yarışlar avqustun 5-dən 21-nə kimi keçirilib, oyunlarda 11 min idmançı iştirak edib.
Azərbaycan yığması Olimpiya Oyunlarında çıxışını 39-cu yerdə başa vurub, 18 medal – 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb.
Birinci yeri 121 medal qazanaraq (46-37-38) ABŞ komandası, ikinci yeri 67 medal ilə (27-23-17) Böyük Britaniya, üçüncü yeri isə 70 medal ilə (26-18-26) Çin komandası tutub.