Bir müddət əvvəl qalmaqallı şəkildə Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilən Vitor Pereyra özünə yeni klub tapıb.
Lent.az Türkiyə mediasına istinadən xəıbər verir ki, portuqaliyalı mütəxəssis Belçikadadır. O, Belçika çempionatının son turunda keçirilən “Standart” – “Şarleroi” komandaları arasında keçirilən oyunu tribunadan izləyib.Vitor Pereyranın yaxın günlərdə Liej şəhərini təmsil edən “Standart” klubu ilə müqavilə bağlayacağı və baş məşqçi kimi vəzifəsinin icrasına başlayacağı gözlənilir.