Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sonuncu gündür.
Apasport.az saytının məlumatına görə, dörd illiyin ən möhtəşəm turnirinin yekun günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda yarışacaq.Sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumovun (97 kq) eləcə də kişilərin marafon yarışlarında iştirak edəcək Kiplaqat Barkovetin mükafatlar uğrundakı mübarizəsi başladığı gün də sona çatacaq.
Boksçumuz Lorenzo Sotomayor (64 kq) isə final görüşündə qızıl medalı qazanmağa çalışacaq.
Olimpiya oyunları
XVI gün
Sərbəst güləş
Təsnifat mərhələsi
15:45. Xetaq Qazyumov (97 kq) – Radoslav Baran (Polşa)
1/8 final
15:55. Toğrul Əsgərov (65 kq) – Andrey Kvyatovski (Ukrayna)
Marafon
16:30. Kiplaqat Barkovet
Boks
Final
22:00. Lorenzo Sotomayor (64 kq) – Fazliddin Qaibnəzərov (Özbəkistan)