Bu gün 6 idmançımız mübarizəyə qoşulacaq - RİO 2016

Bu gün 6 idmançımız mübarizəyə qoşulacaq - RİO 2016 backend

XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

Qaziler.az xəbər verir ki, onlar 4 idman növündə çıxış edəcəklər.

İlk olaraq, taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünü keçirəcək. Döyüş Bakı vaxtı ilə saat 17:15-də başlanacaq.

Saat 17:20-də bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılacaq.

Bundan sonra iki sərbəst güləşçi ilk görüşünə çıxacaq. Saat 17:24-də dünya çempionu Hacı Əliyev 57 kq. çəkidə 1/8 final görüşünü keçirəcək. Onun ilk rəqibi cənubi koreyalı Yunsik Yun olacaq.

Saat 17:48-də isə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə qarşılaşacaq.

Saat 18:30-da qadın taekvondoçu Fəridə Əzizova 67 kq. çəkidə ilk görüşünü keçirəcək.

Nəhayət, saat 21:45-də boksçu Lorenso Sotomayor 64 kq. çəkidə yarımfinal qarşılaşmasına çıxacaq.
Diaspora