Rioda daha bir qalmaqal: Amerikalı üzgüçüləri təyyarədən endirdilər, qayıtmağa qoymadılar...

Rioda daha bir qalmaqal: Amerikalı üzgüçüləri təyyarədən endirdilər, qayıtmağa qoymadılar... backend

Braziliya rəsmiləri iki amerikalı üzgüçü, Gunnar Bentz və Cek Konqeri Rio-de Janeyro hava limanında təyyarəyə minən zaman saxlayıb, ABŞ Olimpiya Komitəsiməlumatı təsdiqləyib.


Hər iki üzgüçü çərşənbə günü sorğu-sual olunmaq üçün təyyarədən endirilib. Polis bazar günü onların qarət olunması faktı ilə bağlı sorğu edib.

Onların digər iki komanda yoldaşları –Rayan Loxte və Ceyms Feigenə də ölkəni tərk etməyə icazə verilməyib.

Loxtenin vəkilinin BBC-yə verdiyi məlumata görə sonradan o, ABŞ-a qayıda bilib. 12 Olimpiya medalı olan Loxte tarixdə ən uğurluüzgüçülərdən biridir.

4 amerikalıüzgüçü deyib ki, onlar taksidə silah gücü ilə qarət olunublar. Polis isə deyir ki, onların dedikləri Olimpiya kəndinə çatarkən CCTV videomüşahidə yazılarına uyğun deyil.

Üzgüçülərin iddia etdiyi qarət hadisəsi əvvəlindən qarışıqdır.

Əvvəlcə Loxte ABŞ televiziya şəbəkəsinə daxil olan NBC-yə hadisə barədə məlumat verib. Lakin Beynəlxalq Olimpiya Komitəsinin sözçüsü Mark Adams jurnalistlərə deyib ki, qarətlə bağlı məlumat "tamamilə doğru deyil".

Bir qədər sonra ABŞ Olimpiya Komitəsi üzgüçülərin dediklərini təsdiqləyib.

Loxte özü polislərə deyib ki, şənbə günü axşam o və komanda yoldaşları Feigen, Gunnar Bentz və Cek Konqer Fransa Olimpiya komandasının party evində keçirilən tədbirə qatılıb.

İdmançı deyib ki, Olimpiya kəndinə geri dönəndə onların maşını, özünü polis kimi təqdim edənlər tərəfindən saxlanılıb.Loxte əlavə edib ki, adamlardan biri onun başına silah dayayıb, pulunu və şəxsi sənədlərini oğurlayıb.
Polis isə araşdırmadan sonra deyib ki, onların qarət olunması faktını təsdiq edəcək sübut tapa bilməyiblər. Onlar həm də üzgüçülərin dediklərində "uyğunsuzluğa" eyham ediblər.

Loxte və Feigen polisə deyib ki, onlar komanda yoldaşları ilə birlikdə Olimpiya kəndinə yerli vaxtla saat 04:00-da qayıdıblar. Lakin CCTV video yazılarına görə üzgüçülər Olimpiya kəndinə yerli vaxtla saat 07:00-da gəlib.

Polis bildirib ki, onlar üzgüçüləri kəndə gətirən taksi sürücüsünü də müəyyən edə bilməyib. Polis əlavə edib ki, Feigen və Loxte onları qarət edən insanların sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirib. Müstəntiqlər üzgüçülərin qaldığı otaqda axtarış etmək və Feige-in mobil telefonunu yoxlamaq üçün order almağa müraciət edib.
Diaspora