2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı çıxış edəcək.
Qaziler.az xəbər verir ki, ilk olaraq mübarizəyə kanoeçi Valentin Demyanenko qoşulacaq.33 yaşlı idmançı Bakı vaxtı ilə saat 16:23-də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşündə iştirak edəcək.
Saat 17:11-də isə kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşünə qatılacaq.
Saat 17:24-də qadın güləşçi Natalya Sinişin 53 kq çəkidə mübarizəyə başlayacaq.
Saat 18:00-da triatlonçu Rostislav Pevtsov start xəttinə çıxacaq. 56 idmançı 1,5 km məsafəni üzüb keçdikdən sonra 43 km-lik yolu velosipedlə qət edəcək və 10 km qaçaraq finişə çatacaqlar.
Nəhayət, saat 22:00-da boksçu Kamran Şahsuvarlı 75 kq çəki dərəcəsində yarımfinal döyüşündə kubalı Arlen Lopeslə üz-üzə gələcək.
Olimpiya Oyunları
XIII gün
Kanoe Sprint
200 metr
Final
16:23. Aleksandr Demyanenko
Kayak
500 metr
Final
17:11. İnna Osipenko-Radomskaya
Güləş
1/8 final
17:24. Natalya Sinişin (53 kq) – Saori Yoşida (Yaponiya)
Triatlon
Final
18:00. Rostislav Pevtsov
Boks
Yarımfinal
22:00. Kamran Şahsuvarlı (75 kq) – Arlen Lopez (Kuba)