Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finala yüksəlib.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, 34 yaşlı idmançı yarımfinal yürüşündə finişə 1 dəqiqə 57,627 saniyəyə çatıb.O, yalnız almaniyalı Frantsişka Veberdən 1,112 saniyə geri qalaraq 2-ci yeri tutub.
Hər iki idmançı ilə yanaşı, finala macarıstanlı Danuta Kozak (1:54.241), danimarkalı Emma Yorgensen (1:55.193), çinli Yu Ju (1:55.311), belaruslu Marina Litvinçuk (1:55.641), yeni zelandiyalı Liza Karrinqton (1:56.155) və rusiyalı Yelena Anyuşina (1:57.229) da yüksəlib.
Qeyd edək ki, həlledici yürüş avqustun 18-də Bakı vaxtı ilə saat 17:11-də başlanacaq.