Türkiyəli güləşçi “gümüş” medalını Azərbaycan bayrağı ilə qeyd etdi

Türkiyəli güləşçi “gümüş” medalını Azərbaycan bayrağı ilə qeyd etdi backend

Dünən Rioda Olimpiya Oyunlarında yunan-Roma üslubunda güləş üzrə iki çəki kateqoriyasında qaliblər müəyyən edildi.

Qaziler.az Sportbox.az-a istinadən xəbər verir ki, 98 kq qədər çəki kateqoriyasında türkiyəli idmançı Çenk İldem bürünc medal qazanıb. O, bu mükafatı rumıniyalı Alin Siurariu ilə mübarizədə qazanıb.

Qələbəsini qeyd edən türk güləşçisi ölkəsinin bayrağı ilə yanaşı, tribunadan Azərbaycanın bayrağını da istəyib. Beləliklə də Çenk İldem öz medalını iki qardaş xalq ilə qeyd edib.

Diaspora