Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək.
Braziliyada tam heyətlə təmsil olunan Azərbaycan yığmasının bir idmançısı dayanq üzərinə çıxacaq. 49 kq çəki dərəcəsində çıxış edəcək Patimat Abakarova Rioda debüt döyüşündə serbiyalı Tiyana Boqdanoviçlə üz-üzə gələcək.