Azərbaycan 4-cü medalını qazandı

Azərbaycan 4-cü medalını qazandı backend

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Qaziler.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan təmsilçimiz bürünc uğrunda görüşdə almaniyalı Eduard Poppu məğlub edib.

Rəqibinin kürəyini yer sıxmağı bacaran iranlı legioner tam qalib gələrək Azərbaycan yığmasının hesabına növbəti medalı yazdırıb.

15.08.2016 23:36

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Sabah Şəriəti ilk təsəlliverici görüşə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 130 kq. çəki dərəcəsində yer alan iranlı legionerin rəqibi venesuelalı Ervin Xose Karabalyo Kabrera olub.

Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb.

Mükafatçılar sırasına düşmək üçün Şəriəti son rəqibi almaniyalı Eduard Poppu da məğlub etməlidir.

Digər təmsiliçimiz Saman Təhmasibi ilk təsəlliverici görüşündə iranlı Həbibulla Axlağiyə uduzaraq “Rio-2016” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

20:02

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçiləri Sabah Şəriəti və Saman Təhmasibi yarışların bürünc medalı uğrunda mübarizə aparacaqlar.

Oxu.Az xəbər verir ki, S.Təhmasibinin ilk təsəlliverici görüşdə rəqibi İran güləşçisi Comeh Həbibullah Əxlaqi olacaq. Bu mübarizə saat 23:05-də start götürəcək.

Şəriəti isə təsəlliverici görüşlərin ikinci mərhələsində venesuellalı Ervin Xose Kabrera Karaballo ilə mübarizə aparacaq. Görüş saat 23:45-də başlayacaq.
Diaspora