Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı mübarizə aparacaq.
Qaziler.az-ın məlumatına görə, onlar cüdo, atıcılıq, boks və atletika növlərində çıxış edəcəklər.Azərbaycanın cüdodakı sonuncu təmsilçisi olan Uşangi Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 17:00-dan etibarən start götürəcək 1/16 final mərhələsində onun rəqibi latviyalı Artur Nikiforenko olacaq.
Saat 19:15-də atıcı Ruslan Lunyov 25 metr məsafəyə sürətlə atəş açma yarışına qatılacaq. 26 iştirakçının çıxış edəcəyi yarışın ikinci mərhələsi 13 avqust saat 16:00-da, final mərhələsi isə saat 19:30-da start götürəcək.
Gecə saat 01:15-də boksçu Albert Səlimov 60 kq çəki dərəcəsində fransalı Sofian Umiha ilə 1/4 final görüşünə çıxacaq. Qələbə təqdirində, Səlimov ən azı bürünc medalı təmin edəcək.
Saat 01:30-da daha bir boksçu Kamran Şahsuvarlı 75 kq çəkidə 1/8 final döyüşündə rusiyalı Artyom Çebotaryovla üz-üzə gələcək.
Nəhayət, saat 03:40-da atletikanın çəkicatma növündə Anna Skidan mübarizəyə başlayacaq. “B” qrupunda yer alan Skidanın 15 rəqibi olacaq. “A” qrupunda da 16 atlet yer alıb.