Elmar Qasımov FİNALDA

Elmar Qasımov  FİNALDA backend

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov yarımfinal görüşünə çıxıb.

Qaziler.az xəbər verir ki, idmançımız finala gedən yolda rəqibi ukraynalı Artyom Bloşenko olub.

E.Qasımov ipponla qələbə qazanaraq finala yüksəlib.

19:49

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/4 final görüşünə çıxıb.

Qaziler.az-ın məlumatına görə, rəqib misirli Ramadan Darviş olub.

Görüş cəmi 58 saniyə davam edib. Qasımov ipponla qələbə qazanaraq yarımnfinala yüksəlib.

Finala gedən yolda onun rəqibi ukraynalı Artyom Bloşenko olacaq.

19:16

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Elmar Qasımov 1/8 final görüşünə çıxıb.

Qazilr.az xəbər verir ki, E.Qasımov Əlcəzair idmançısı Lyes Bouyakouba qalib gələrək 1/4 finala adlayıb.

Təmsilçimiz 1/4 finaldakı rəqibi Misir təmsilçisi Ramadan Dərviş olacaq.

17:59

Cüdo üzrə turnirin altıncı günündə tatamiyə azərbaycanlı idmançı Elmar Qasımov çıxıb. İdmançımız üçün bu, karyerasında ikinci Olimpiya oyunlarıdır.

Qaziler.az xəbər verir ki, azərbaycanlı cüdoçu Elmar Qasımov Rioda Olimpiyadaya uğurlu startla başlayıb.

Elmarın ilk rəqibi 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, Dünya və Olimpiya çempionu Tahir Xaybulayev olub.

Elmar Qasımov “vazari” xalı ilə qələbə qazanıb.

1/8 final mərhələsində o, Lyes Buyakub (Əlcəzair) üz-üzə gələcək.
Diaspora