Yaponiyanın paytaxtı Tokioda veteranlar arasında şinkyokuşinkay karate üzrə dünya çempionatı keçirilib.
Qaziler.az AZƏRTAC xəbər verir ki, 35-55 yaşlı idmançılar arasında təşkil olunan yarışda Azərbaycan bir medal qazanıb.Mötəbər yarışda 40-45 yaşlı karateçilərin mübarizəsində Namiq Vəliyev fəxri kürsünün üçüncü pilləsində yer alıb.
İdmançımız turnirdə Azərbaycan Kyokuşinkay Federasiyasının ölkəmizdə yaradıcısı, 6-cı dan qara kəmər ustası, Şıxan Allahverdi Rüstəmov və federasiyanın prezidenti Natiq Heydərovun rəhbərliyi altında çıxış edib.