Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, 17 gün davam edəcək 4 illiyin ən möhtəşəm yarışında Azərbaycan 56 idmançı ilə təmsil olunur. Artıq millimizin 22 idmançısı mübarizəyə qoşulub. Onlardan 15-i Olimpiadada çıxışını başa vurub. Komandamızın heyətində hələlik Rüstəm Orucov gümüş medal qazanıb. Digər 10 idmançı isə yarışı davam etdirir.
Boks
Rüfət Hüseynov (49 kq) – ilk döyüşdə uduzub
Albert Səlimov (60 kq) – 1/4 finala yüksəlib
Kamran Şahsuvarlı (75 kq) – 1/8 finala yüksəlib
Teymur Məmmədov (81 kq) – 1/8 finala yüksəlib
Abdulqadir Abdulayev (91 kq) – 1/4 finalda məğlub olub
Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finala yüksəlib
İdman gimnastikası
Oleq Stepko – fərdi çoxnövçülük üzrə final mərhələsində 22-ci yer
Petro Paxnyuk – 34-cü yer
Cüdo
Orxan Səfərov (60 kq) – 5-ci yer
Nicat Şıxəlizadə (66 kq) – 1/8 finalda uduzub
Rüstəm Orucov (73 kq) – gümüş medal qazanıb
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yeri tutub
Kaneo və kayak
Yure Meqliç (kanoe-slalom) – yarımfinalda 15 nəfər arasında 14-cü yer
Akademik avarçəkmə
Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 2000 m) – 7-12-ci yerlər uğrunda yarışacaq
Kamandan oxatma
Olqa Senyuk – 1/32 finalda uduzub
Güllə atıcılığı
Ruslan Lunyov
10 m – 15-ci yer
25 m
Qılıncoynatma
Səbinə Mikina (sablya) – ilk görüşdə (1/16 final) uduzub
Velosiped idmanı
Yelena Pavluxina (şosse) – 35-ci yer
Maksim Averin (şosse) – finişə çata bilməyib
Üzgüçülük
Fatimə Alkərimova (100 m məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer
Boris Kirillov (200 m arxası üstə üzmə) - 26 iştirakçı arasında 26-cı yer