Məhəmmdəli Mehdiyev təsəlliverici görüşdə monqolustanlı Otqonbaatar Lxaqvasuren ilə üz-üzə gəlib.
Qaziler.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə cüdoçumuz məğlub olub və “Rio-2016”da mübarizəni dayandırıb.20:41
Məmmədli Mehdiyev dörddəbir finalda Koreya Respublikasından olan cüdoçu Donqan Qvaka məğlub olub.
Oxu.Az xəbər verir ki, bun abxmayaraq, Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
Onun ilk təsəlliverici döyüşdə rəqibi Otqonbatar Lxaqvasuren (Monqolustan) olacaq.
19:51
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev növbəti görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, 1/8 final mərhələsində Braziliya təmsilçisi, dünya çempionu Tiaqo Kamiloya qalib gələn idmançımız növbəti mərhələyə adlayıb.
1/4 finalda M.Mehdiyevin rəqibi cənubi koreyalı Donqan Qvak olacaq.
18:38
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev ilk görüşünü keçirib.
Oxu.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi “Bakı 2015” I Avropa Oyunlarının qalibi və qitə çempionu, rusiyalı Kirill Denisov olub.
Görüşün əvvəllərində azərbaycanlı cüdoçu, sona doğru isə rusiyalı cüdoçu iki xəbərdarlıq alıb. Əsas vaxtda bərabərlik qeydə alındığından, “qızıl xal”adək əlavə vaxt təyin olunub. Bu zaman Denisovun passivliyi diqqətdən yayınmayıb. Sona doğru Mehdiyev rəqibini ipponla məğlubiyyətə uğradıb.
Onun 1/8 finaldakı rəqibi Tyaqo Kamilo (Braziliya) olacaq.