Rioda VI gün

Rioda VI gün backend

"Rio-2016”Yay Olimpiya Oyunlarının VI günü Azərbaycan yığmasının daha 6 üzvü yarışacaq.

Qaziler.az xəbər verir ki, bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda, digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.

Belə ki, boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında qüvvəsini sınayacaq.

Rio–2016 VI gün

Cədvəl:


Cüdo

Məmmədəli Mehdiyev (90 kq),1/16 final,saat: 17:56,rəqib: Denis Kirill (Rusiya)

Üzgüçülük

100 metr sərbəst

Fatimə Alkərəmova,təsnifat mərhələsi,saat: 20:17

200 metr arxasıüstə
Boris Kirilov,təsnifat mərhələsi,saat: 20:40

Kanoe Slalom

Yuri Meqliç (K 1),yarımfinal,saat: 20:30

Boks

Abdulqadir Abdullayev (91 kq),1/4 final,saat: 20:45,rəqib: Rüstəm Tulaqanov (Özbəkistan)

İdman gimnastikası

Oleq Stepko (Çoxnövçülük), final,saat: 23:00
Diaspora