Valideynləri ABŞ-ın “Oklahoma City” klubunun oyunçusu, türkiyəli tanınmış basketbolçu Enes Kanterdən imtina edib. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, “Fətullah Gülənə anam-atam fəda olsun, ömrüm ona qurban olsun” açıqlaması ilə diqqət çəkən basketbolçunun atası məktub yazaraq oğlundan imtina etdiklərini açıqlayıb və Enesin soyadını dəyişdirməsini tələb edib.
Basketbolçu özü də atasının adından sosial şəbəkələrdə yayılan bu xəbəri təsdiqləyib və soyadını dəyişərək Enes Gülən edib.Qeyd edək ki, iyunun 15-də Türkiyədə həyata keçirilmiş çevriliş cəhdindən sonra “Tvitter”də yazdıqları ilə diqqət Enes Kanter Fətullah Gülən camaatının üzvü kimi tanınır.