Rio-2016: cüdoçumuz gümüş medal qazandı Rio Olimpiadasında cüdo yarışları davam edir.
Rüstəm Orucovun finaldakı rəqibi yaponiyalı Ono Şohei olub. İdmançımız bu dəfə ipponla rəqibinə uduzub.****
Qaziler.az xəbər verir ki, Rüstəm Orucov yarımfinal, mərhələsində İsrail təmsilçisi Saqi Mukini məğlub edib.
Finalda cüdoçumuzun rəqibi yaponiyalı Şohei Ono olacaq.
R.Orucov finala yüksəlməklə ən az gümüş medalı təmin edib.
20:09
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov yarımfinala yüksəlib.
Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib.
Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) - Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.
19:12
Azərbaycan cüdoçusu Rüstəm Orucov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsinə adlayıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində Avstraliya idmançısı Jake Bensted üzərində ipponla qələbə qazanıb.
Təmsilçimiz növbəti mərhələdə Macarıstan təmsilçisi Miklos Unqvarı ilə qarşılaşacaq.
18:35
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov ilk görüşünə çıxıb.
25 yaşlı idmançı 1/16 finalda Didar Xamza ilə qarşılaşıb.
Görüş Orucovun qələbəsi ilə yekunlaşıb. Rəqibi 3 dəfə cərimələndiyi halda, onda bu göstərici 2 olduğu üçün mərhələ adlayıb. Növbəti mərhələdə rəqib Ceyk Bensted (Avstraliya) olacaq.