Azərbaycanı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov 1/4 finala yüksəlib.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, 25 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.O, qazaxıstanlı Didar Xamzanı cərimə xalları hesabına məğlub edib. Növbəti mərhələdə isə onun rəqibi Ceyk Bensted (Avstraliya) olub. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub.
Onun 1/4 finaldakı rəqibi Mikloş Unqvari (Macarıstan) olacaq.