Bu gün 3 idmançımız yarışlara qoşulacaq

Bu gün 3 idmançımız yarışlara qoşulacaq backend

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 3 idmançısı mübarizəyə qoşulacaq.

Qaziler.az-ın məlumatına görə, ilk olaraq, qılıncoynadan Səbinə Mikina qüvvəsini sınayacaq.

Qadınlar arasında fərdi sablya növündə yer alan Mikina 1/16 finalda tunisli Azza Besbeslə üz-üzə gələcək. Mübarizəyə Bakı vaxtı ilə saat 16:00-dan etibarən start veriləcək. Yarımfinal və final görüşləri isə saat 23:00-da başlanacaq.

Saat 17:00-da isə cüdoçu Rüstəm Orucov 73 kq. çəki dərəcəsində ilk görüşünə çıxacaq. 1/16 finala təsadüf edəcək ilk cəhdində Avropa çempionunun rəqibi Faye Njie (Qambiya) - Didar Xamza (Qazaxıstan) cütünün qalibi olacaq. Yarımfinal və final görüşləri isə saat 22:30-da start götürəcək.

Nəhayət, saat 20:45-də Abdulqadir Abdullayev 91 kq. çəki dərəcəsində 1/16 final görüşünü keçirəcək. O, fransalı Pol Omba Bionqolo ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk 2 yarış günündən sonra Azərbaycanın aktivində medal yoxdur.
Diaspora