BMT: Rio-da terror təhlükəsi yüksək olaraq qalır

BMT: Rio-da  terror təhlükəsi yüksək olaraq qalır backend

"Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı terror təhlükəsi yüksək olaraq qalır".

Qaziler.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Terrorla Mübarizə Komitəsi müdirliyinin icraçı direktoru, BMT baş katibinin müavini Jan-Pol Labord deyib.
"Terrorçular dünyaya yayıldığından terror təşkilatları Olimpiya Oyunlarına hücum üçün imkan kimi baxır. Heç bir ölkə bundan sığortalanmayıb. Braziliya nə edə bilər? Onlar daha əvvəl bu cür tədbirlər keçirən ölkələrdən yaxşı nümunə götürə bilər", - deyə J.-P.Labord bildirib.
Xatırladaq ki, Braziliyada Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-dək keçiriləcək.
Diaspora