Azərbaycanın daha 9 idmançısı “Rio-2016“da mübarizəyə qoşulur

Azərbaycanın daha 9 idmançısı “Rio-2016“da mübarizəyə qoşulur backend

XXXI Yay Olimpiya Oyunlarının ikinci yarış günündə Azərbaycanın daha 8 təmsilçisi mübarizəyə qoşulacaq.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində idmançılar şosse velosipedi, cüdo, idman gimnastikası, boks, akademik avarçəkmə və güllə atıcılığı növlərində yarışacaqlar.
İlk medal ümidi kimi daha çox cüdoçu Orxan Səfərov göstərilir. Şosse velosipedçisi Maksim Averinlə güllə atıcısı Ruslan Lunyovun da yekun nəticəsi bu gün müəyyənləşəcək.
Günün proqramı:
Şosse velosipedi
Final. 16:30 - 23:10. Maksim Averin
Cüdo
Seçmə mərhələ. 17:00 - 20:00. 1/16 final. Orxan Səfərov - Xuan Postiqos (Peru).
Yarımfinal və final. 22:30 - 01:10
İdman gimnastikası
I təsnifat mərhələsi. 17:30 - 20:00, 21:30 - 24:00. 01:30 - 04:00. Oleq Stepko, Pavel Paxnyuk
Boks
1/16 final. 24:00. Rüfət Hüseynov - Matias Hamunyela (Namibiya)
Akademik avarçəkmə
Seçmə yürüş. 18:30. Aleksandr Aleksandrov - Boris Yotov. 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş
Güllə atıcılığı
Final. 20:00 - 23:30. Ruslan Lunyov. 10 metr, pnevmatik tapança ilə
Xatırladaq ki, bu gün Azərbaycanın ilk təmsilçisi Olqa Senyuk kamandan oxatma növündə fərdi sıralama yarışına qoşulacaq. Yarış saat 20:00-dan 22:00-dək davam edəcək.
Diaspora