Pelenin səhhəti avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində məşəli alovlandırmağa imkan verir.
Qaziler.az-ın bildirdiyinə görə, AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, braziliyalı futbol kralının həkimləri onu müayinə etdikdən sonra belə qənaətə gəliblər.2012-ci və 2015-ci illərdə ABŞ-da əfsanəvi futbolçunun onurğa sütununda endoprotez implantasiya edilib. Hazırda 75 yaşlı Pele çəliksiz hərəkət edə bilmir.
Olimpiadanın açılış mərasimi avqustun 5-də Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.