Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Qaziler.az-ın məlumatına görə, püşkün nəticəsinə əsasən, qrup mərhələsi üçün mübarizə aparan komandalarımız - “Qarabağ” və “Qəbələ”nin də rəqibləri bəlli olub.“Qarabağ”ın rəqibiİsveçin "Höteborq", "Qəbələ”nin rəqibiisə Sloveniyanın "Maribor" komandası ilə olub. Hər iki komandamız ilk oyunu səfərdə keçirəcək.
"Pley-off"un ilk matçı avqustun 18-i, cavab görüşü avqustun 25-də keçiriləcək.
***
"Maribor" (Sloveniya) - "Qəbələ"
"Höteborq" (İsveç) - "Qarabağ"