“Qəbələ“dən tarixi və möhtəşəm qələbə

“Qəbələ“dən tarixi və möhtəşəm qələbə backend

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən “Qəbələ” də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası Bakıda Fransanın “Lill” komandasını qəbul edib.Qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Qəbələ" tarixində ardıcıl üçüncü dəfə Avroliqanın pley-off mərhələsinə yüksəlib.

Futbol tariximizdə ilk dəfə olaraq məhz Qəbələ "böyük beşlik" ölkələrindən birinin təmsilçisini (Fransa) iki oyunun nəticəsinə əsasən, məğlub edərək mərhələ adlayan ilk klubumuz kimi tarixə düşüb


Qeyd edək ki, “Qəbələ” bu mərhələyə qədər Gürcüstanın “Samtredia”, Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdırıb.



4 avqust

Avropa Liqası

III təsnifat mərhələsinin cavab oyunu

21:00. “Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa) - 1:0
Qol: Filip Ovobiç, 33 (1:0)
İlk oyun – 1:1
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)
Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)
Bakı. 8-ci km qəsəbə stadionu
Diaspora