Azərbaycan bayrağı Rio-de-Janeyrodakı Olimpiya Kəndində qaldırılıb

Azərbaycan bayrağı Rio-de-Janeyrodakı Olimpiya Kəndində qaldırılıb backend

Rio-de-Janeyro 2016 Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərindəki Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, tədbirdə baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İTAR-TASS informasiya agentliyinin direktoru Mixail Qusman, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, federasiya prezidentləri, idmançılar və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdən əvvəl Braziliyanın tarixini, adət-ənənələrini özündə əks etdirən rəqs nümayiş olunub. Ardından səhnəyə basketbol üzrə ikiqat olimpiya çempionu və Olimpiya Kəndinin meri Janett Alkeni dəvət olunub. O, idmançıları salamlayaraq, uğurlar arzulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov merə hədiyyə təqdim edib.
Azərbaycan və olimpiya himnləri səsləndirilib.
Nazir Azad Rəhimov Atletlər Kəndinə gedərək, idmançıların yaşayış şəraiti, qaldıqları otaqlarla yaxından tanış olub. O, idmançılardan arzu və istəklərini soruşub, hər birinə uğurlar arzulayıb.
Bununla da mərasim başa çatıb.
Diaspora