Əfsanəvi braziliyalı futbolçu Pele Rioda baş tutacaq Olimpiada oyunlarının açılış mərasimində olimpiya məşəli yandırmaq təklifi alıb. Axar.az xəbər verir ki, bu haqda futbolçu özü yerli kanallardan birinə müsahibəsi zamanı deyib.
“Braziliya Olimpiya Komitəsinin prezidenti Karlos Artur RT Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax şəxsən mənə bu təklifi etdi. Mən çox istərdim ki, bunu etməyə imkanım olsun, amma müqavilələrim və bəzi öhdəliklərim var. Hələ ki, bu haqda dəqiq cavab verə bilmirəm”.
Xatırladaq ki, Pele FİFA versiyasına görə XX ərin ən yaxşı futbolçusudur.