İsveçrəli mütəxəssi Bernar Şalland Ermənistan futbol üzrə yığmasının baş məşqçisi vəzifəsindən istefa verib. RİA Novosti agentliyinin verdiyi məlumata görə, Şallandın istefası Ermənistanın futbol federasiyasının prezidenti tərəfindən qəbul edilib.
Şalland öz postunu erməni futbolçularının Avropanın çempionatının seçmə yarışı çərçivəsində albanlara (1:2) məğlubiyyətindən sonra tərk etməyə qərar verib. Bu uğursuzluqdan sonra Ermənistanın yığması I qrupunda bir xalla Serbiya ilə son yeri bölür.