Heydər Əliyev kuboku uğrunda növbəti beynəlxalq kikboksinq turniri başa çatıb. AzNews.az xəbər verir ki, yarış Qazax Rayonunda keçirilib. Turnirin fəxri qonaqları içərisində ötən il cəbhə bölgəsində vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirmiş gənc baş leytenant Kamil Musavi də olub. Gənc yaşda qazi olan baş leytenant Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev tərəfindən fəxri fərmanla təltif edilib.
Bununla bağlı AzNews.az-a danışan Kamil Musavi təəssüratlarını bölüşüb: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin məni xüsusi şəkildə təltif etməsi ruh yüksəkliyimi daha da qaldırdı. Onu da deyim ki, sərbəst güləş üzə milli komandasının böyük məşqçisi Firdovsi Umudov təltif olunmağım üçün adımın çəkildiyi eşidəndə səhnəyə keçməyim üçün kömək etdi. Boks meydançasının qollarını ayırıb oraya daxil olmağımda kömək etməsi doğrudan da onun necə sadə bir insan, qayğıkeş olduğunu sübut etdi”.