Ermənistan yığması Bakıda keçiriləcək 2016-cı il Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək.
"Report" "news.am" portalına istinadən xəbər verir ki, bunu Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan bəyan edib."Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməmək barədə qərar qəbul edib. Bu, bizim ümumi və yekun qərarımızdır", - deyə o əlavə edib.
Dünya Şahmat Olimpiadası sentyabrın 1-də Bakıda start götürəcək.