Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun gürz və lentlə hərəkətlər üzrə çoxnövçülük yarışlarında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin üzvü Daniela Dellekyai iştirak ediblər.Həmçinin cari ilin Dünya Kubokunun doqquz mərhələsində göstərilmiş ən yaxşı 4 nəticənin yekunları üzrə FIG Kuboku tədim edilib. Gürzlərlə və lentlə hərkəkətlərdə mükafatı rusiyalı gimnast Marqarita Mamun qazanıb.
Mükafatları FIG-nin Texniki Komitəsinin üzvü D.Dellekyai təqdim edib.