Mariana Vasileva: Bakıda Dünya Kubokunun bağlanış mərasimi təsirli olacaq

Mariana Vasileva: Bakıda Dünya Kubokunun bağlanış mərasimi təsirli olacaq backend

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimi açılış mərasiminin məntiqli davamı olacaq.

Bağlanış mərasiminin əsas qəhrəmanı qismində yenə də Azərbaycana gələn və ölkənin gözəllikləri ilə tanış olan Balaca şahzadə çıxış edəcək.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi, mərasimin tərtibatçısı Mariana Vasileva deyib.

Baş məşqçi bildirib ki, ssenariyə əsasən, artıq Azərbaycanın bütün gözəl yerlərini gəzmiş Balaca şahzadə Yanardağdan öz evinə üz tutmağa başlayır. O, bu dağın atəşini bizim ən yaxşı idmançımız Marina Durundaya verəcək. O da odla digər yerlərdən keçməyə başlayacaq. Onlar sahələrdən, üzüm bağlarından və digər yerlərdən keçərək, Şamaxı Rəsədxanasına qayıdırlar.

M.Vasileva təəssüflə bildirib ki, son vaxtlar dünyada nə idmançılardan, nə də sadə insanlardan asılı olmayan hadisələr baş verir: “Baş verən hadisələr səbəbindən bir çox günahsız insan, tanınmış idmançı ola biləcək uşaqlar həlak olur. Buna görə də bağlanış mərasiminin ilk nömrəsi “Cənab Leytenant” mahnısının sədaları altında bütün günahsız həlak olanlara həsr edilmiş rəqs olacaq. Son nömrədə isə kiçik ulduz gimnastlar praktiki olaraq hərbçiləri səhnədən çıxararaq bununla göstərirlər ki, yalnız idman dünyanı müharibələrdən xilas edə bilər. Onlar rəqs edirlər və Balaca şahzadə ilə onun planetinə yollanırlar. Lakin yekunda həyat sevincli anlardan ibarət deyil. Bağlanış mərasiminin kədərli olması yarışlarla vidalaşmağımız ilə bağlıdır”.

O əlavə edib ki, kompozisiyada bədii gimnastika, idman gimnastikasını, batut gimnastikası, akrobatika, aerobikanı təmsil edən müxtəlif yaşlı idmançılar iştirak edəcəklər.
Diaspora